KANAL24.AZ
Az Iw En Ru

Ruhaninin tənqidinə SEPAH-dan cavab: Pis etmişik?

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) nəzdində fəaliyyət göstərən “Bəsic” təşkilatının komandanı Qulamhüseyn Qeybpərvər mayın 7-də jurnalistlərə açıqlamasında Prezident Həsən Ruhaninin bir neçə gün əvvəl keçirilən debatda dolayısıyla “Sepah”ı tənqid etməsinə reaksiya verib.

“Bəsic” komandanı İran prezidentinin adını çəkməsə də, onu prezidentliyə namizədlər arasında keçirilmiş ikinci debatda ölkədə istehsal edilən raketlər üzərində İsrailə qarşı şüarlar yazılmasını üstörtülü şəkildə tənqid etməsinə cavab verib.

““Raketlərimiz üzərində “İsrailə ölüm” şüarı yazılması məgər pis işdir? Ümumiyyətlə, İsrailin məhv olunması bizim və İran İslam Respublikasının əsas arzu və məqsədlərindən biri sayılır”, - o bildirib.

Mayın 5-də İran Dövlət Televiziyasından canlı yayımlanan prezidentliyə namizədlər arasında keçirilən ikinci debatda İran Prezidenti Həsən Ruhani öz çıxışında SEPAH-ın adını çəkmədən dolayısıyla bəzi qüvvələrin onun hökumətinin Qərblə əldə etdiyi nüvə sazişini sual atına qoymaq üçün atdığı addımlarından gileylənib. Ruhani deyib ki, həmin qüvvələr SEPAH-ın gizli və yeraltı silah-sursat anbarlarının şəkillərini çəkərək və raketlərin üzərində yəhudi dilində şüarlar yazaraq Qərbi qıcıqlandırmağa və əldə edilən nüvə sazişinə zərbə vurmağa çalışırlar.


20:40 08.05.2017
Xəbər lenti
Bütün xəbərlər