KANAL24.AZ
Az Iw En Ru

Belinizdəki ağrılara cüzdanınız səbəb ola bilər

Bel ağrısı səhhətimizdə tez-tez danışacağımız problemlərimizdən biridir. İnsanların 80 faizi ən azı bir dəfə də olsa belindəki ağrılardan şikayət edir. Bel ağrısını yaradacaq problemlərdən biri də arxa cibinizdə gəzdirdiyiniz qalın cüzdanınız  səbəb ola bilər.
Arxa cibinizdə gəzdirdiyiniz bank kartları, şəxsiyyət vəsiqəsi və digər sənədlərin cüzdanınıza yerləşdirilərək arxa cibinizdə gəzdirilməsi cüzdan sindiromu deyilən xəstəliyi yaradır. Bu hal isə kişilərdə daha çox müşahidə olunur. Arxa cibinizdə gəzdirdiyiniz cüzdan və mobil telefon nəticəsində belinizdə, ayaqlarınızda və onurğa sümüyünüzdə ağrılar yaranır. 
 
 
Cüzdan gəzdirən kişilər oturduqları zaman arxa ciblərində olan cüzdana görə paralel otura bilmirlər. Bu isə zamanla insanda bel ağrılarına gətirib çıxarır. Ağrılar cüzdan üzərində və bərk yerdə oturmaqla başlayır. 
 
 
Cüzdan problemi  qadınılarda da müşahidə olunur. Xüsusilə hamiləliyin son dünəmlərində beldəki ağrılardan şikayət olunur. Səbəb nədir? Uzun zaman arxa cibdə cüzdan gəzdirmə, uzun zaman bərk yerdə oturmaq sonradan ağrılara səbəb olur. Səmtsiz oturmaqdan və arxa cibdə əşya daşımaq vərdişimizi tərgitməliyik. Ofisdə işləyənlər və masa arxasında işləyənlər stulun uc tərəfində oturmamalıdırlar. Belimizin və ayaqlarımızın sağlam olması üçün mütəmadi olaraq idmanla məşğul olmalıyıq. 

 


06:56 07.05.2017