KANAL24.AZ
Az Iw En Ru

Olland Terminatora orden verdi

Məşhur aktyor Arnold Şvartseneqqer Fransanın ən yüksək dövlət nişanı – Fəxri Legion ordeni ilə təltif edilib.

Bu münasibətlə Yelisey Sarayına dəvət olunan aktyora orden Fransa Prezidenti Fransua Olland tərəfindən təqdim olunub.

Kaliforniyanın sabiq qubernatoru Ollandla çəkdirdiyi fotolarını Tvitterdə paylaşaraq “Məni ətraf mühitlə bağlı fəaliyyətimə görə Fəxri Legion ordeninə layiq gördüyü üçün Prezident Ollanda təşəkkür edirəm”, - yazıb.

Aktyor Feysbukdakı paylaşımında isə yazıb:

“COP21-i (Paris İqlim Konfransı-tərc.) həyata keçirmək və dünyanı təmiz enerjidən istifadə etməyə yönəltmək üçün göstərdiyiniz fövqəladə fəaliyyət üçün də minnətdaram”.

Qeyd edək ki, Fəxri Legion ordeni 1802-ci ildən indiyədək Fransa hökuməti tərəfindən verilən ən yüksək fəxri dövlət ordenidir.


21:28 06.05.2017
Xəbər lenti
Bütün xəbərlər