KANAL24.AZ
Az Iw En Ru

Netanyahu:-İranın "Nüvə müqavilə"si İsrailin əl-qolunu bağlaya bilməz

İsrailin baş naziri Binyamin Netanyahu İranın dünyanın aparıcı ölkələri ilə imzaladığı "Nüvə sazişi"nin İsrailin təhlükəsizlik marağlarını qorumağa mane olmayacağını söyləyib.

Bu barədə nazirliyin mətbuat xidməti  məlumat verir.Çıxışı zamanı Baş nazir xüsusi ilə vurğulayıb ki, İsrailin təhlükəsizlik məsələsində heç bir kompromisdən söhbət gedə bilməz. 

Radikal islam təhlükəsinin  qarşısını almaq və bununla  mübarizə aparmaq üçün  biz hücum və müdafiə qabiliyyətimizi gücləndirib  təhlükəsizliyimizi təmin edəcəyik-deyə Netanyahu bildirib.

Netanyahu vurğulayıb  ki,biz İranın nüvə silahı ilə bağlı planlarına imkan verməyəcəyik. Kimsə bizə hücum edirsə və ya hücum etməyi planlaşdırırsa dərhal biz onların cavabını verəcəyik.Heç bir güzəşt,heç bir danışıq olmadan.Biz öz mövcudluğumuzu hər bir təhlekədən qoruyacağıq.

 


17:55 06.05.2017