KANAL24.AZ
Az Iw En Ru

Dünya üçün dəhşət: Yeni növ ölümcül xəstəlik yarandı

Qərbi Afrikada yeni növ ölümcül xəstəlik qeydə alınıb.

Bu barədə məlumat Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsanların Rifahına Nəzarət Federal Xidmətinin saytında yer alıb. Bildirilir ki, 23 apreldən 4 maya qədərki müddətdə Liberiyadakı rayonlardan birində 28 nəfər xəstələnib. Analizlər nəticəsində xəstəliyin Ebola virusundan yaranmadığı aşkar olunub. İndiyə qədər xəstəlik ucbatından 12 nəfər həlak olub.

Xəstəliyin simptomları qızdırma, ürək bulanması, qusma və ishaldır. Ekspertlər xəstəliyin yayılmasına səbəb kimi virusa yoluxmuş məhsul və ya suyun qəbulunu göstəriblər.


17:19 06.05.2017
Xəbər lenti
Bütün xəbərlər