KANAL24.AZ
Az Iw En Ru

18 saat fasiləsiz işləyən noutbuk

"Toshiba" şirkəti "Portege X30 Ultraportable" adlı noutbukunu satışa çıxarıb. Kompüterin ən güclü modeli qabaqcıl "Intel Core i7-7600U" prosessoru, 13,3 düymlük sensor ekran, 2 133 MHs takt tezlikli 16 QB-lıq DDR4 əməli yaddaşı və 512 QB SSD daşıyıcı ilə təchiz edilib.

Yeni "Portege X30" noutbuku sifətin tanınması sistemi, barmaq izinin skaneri, "BitLocker" disklərin şifrlənməsi, smart kartları oxuma qurğusu, "Intel Authenticate" və "Trusted Platform Module" texnologiyaları daxil olmaqla əlavə təhlükəsizlik elementləri təklif edir.

"Portege X30 Ultraportable" noutbukunda korpusun qalınlığı 15,9 mm-dir,  çəkisi isə 1,1 kq-dır. İstehsalçının sözlərinə görə, yeni noutbuk 18 saat avtonom işləyə bilir.

"Mil-SPEC-810G" sertifikatını almış noutbuk ekstremal temperatur, su, vibrasiya, zərbə və toza qarşı davamlıdır. "Portege X30" noutbukunda 2 ədəd "USB Type-C" və "USB 3.0" portları, HDMI konnektoru, "microSD" üçün slot var.


15:33 06.05.2017