KANAL24.AZ
Az Iw En Ru

Almadan qulaq,ispanaqdan ürək,indi də göbələkdən burun yaradırlar

Rusiyada Vladimir Kotelnikova adına Radiotexnika və Elektronika İnstitutu və Rusiya Elmlər Akademiyasının Biokimya, Bitki Fiziologiyası və Mikroorqanizmlər İnstitutunun tədqiqatçıları göbələk miselyumundan süni burun yetişdirilməsi üzərində birgə tədqiqat aparırlar.

Əsas material kimi şiitake göbələyi istifadə olunacaq. Bu göbələk növü havadakı təhlükəli ammonyak və formaldehid buxarlarına reaksiyavermə bacarığına malikdir. Məhz bu keyfiyyətlərinə görə sözügedən göbələk havanın çirklənmə dərəcəsini yoxlamaq üçün tez-tez istifadə olunur.

Alimlərin fikrincə, miselyumdan hazırlanmış burun ətraf mühitin dəyişməsi zamanı öz elastikliyini və elektrik ötürücülüyünü dəyişə biləcək.


15:22 06.05.2017
Xəbər lenti
Bütün xəbərlər