KANAL24.AZ
Az Iw En Ru

Lavrov və Tillerson arasında telefon danışığı olub

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

Bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

"Diqqət mərkəzində Suriya nizamlanması olub. Mayın 3-4-də Astanada keçirilmiş beynəlxalq görüşdən sonra Suriyada gərginliyin azalması, atəşkəs rejiminin  dayanıqlı rejimə keçirilməsi, terrora qarşı səylərin artırılması müzakirə olunub", məlumatda deyilir.
 
Tərəflər həmçinin gələcək Rusiya-ABŞ təmasları barədə razılığa gəliblər.


05:26 06.05.2017
Xəbər lenti
Bütün xəbərlər