Rusiya hərbi-hava qüvvələri Suriyada mayın 1-dən etibarən əməliyyatları dayandırıb.
Bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəsmisi general-polkovnik Sergey Rudskoy məlumat verib.
O qeyd edib ki, Suriyada gərginliyi azaltmaq üçün belə bir addım atılıb.
General Rusiya, Türkiyə və İranın nəzarətində təhlükəsizlik zonaları yaradılacağını da xüsusi vurğulayıb.