KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən yaşlı adamı öldü

Dünyanın ən yaşlı insanı Sodimenco 146 yaşında dünyasını dəyişib.

Sodimenco İndoneziyada Central Java kəndində yaşayıb.

Hamının Qoto baba kimi tanıdığı yaşlı kişi aprelin 12-də səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Daha sonra o, evə buraxılmasını tələb edib.

Sodimenconun nəvəsi Suyantonun sözlərinə görə, babası son günlər bir çay qaşığı sıyıq və bir az su içib. 

Suyantodan babasının bu qədər uzunömürlü qalmasının sirrini soruşduqda, o, Sodimenconun daim sevildiyini bildirib. 

Məlumata görə, 1870-ci ildə anadan olan Qoto babadan daha öncə onun 4 həyat yoldaşı və bütün uşaqları dünyasını dəyişib.

 


01:56 06.05.2017
Xəbər lenti
Bütün xəbərlər