KANAL24.AZ
Az Iw En Ru

Sünnət zamanı ölən uşaqla bağlı deputatdan AÇIQLAMA

Masallı rayonunda 5 yaşlı Kənan Abutalıb oğlu Hüseynovun evdə sünnət massasında dünyasını dəyişməsi barədə xəbər vermişdik.
 
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev deyib ki, baş vermiş hadisə həmin ailənin maarif səviyyəsinin aşağı olmasının, qanunları bilməməyinin və həkimin özbaşınalığının acı nəticəsidir. Deputatın sözlərinə görə, xəstəxana şəraitində də uşağa vurulan iynə allergik reaksiya, anofilaktik şok verə bilərdi: 
 
"Biri var bu əməliyyat poliklinikada qanuni əsaslarla olardı, biri də var qanunsuz şəkildə aparılıb və nəticəsi də ortadadır. Bu, həkimin də çox ciddi məsuliyyətsizliyidir ki, ev şəraitində uşağın heç bir anamnezi ilə maraqlanmadan bu əməliyyatı aparıb. Bunlar bir başa cinyət işi yaradan hallardır. Bu cür səhlənkarlıq çox ciddi şəkildə qınanılmalıdır, həmin şəxs məsuliyyətə cəlb olunmalıdır”.
 
Millət vəkili vurğulayıb ki, poliklinika şəraitində həmin uşağı düşdüyü vəziyyətdən çıxarmaq olardı: 
 
"İndi poliklinika və xəstəxanalarmızda hər cür şərait var. İynə uşağa xəstəxanada vurulsaydı, təbii ki, ona vaxtında yardım göstərilə, o düşdüyü vəziyyətdən çıxarıla bilərdi. Məlum məsuliyətsizlik ucbatından bir ailənin azyaşlı övladı dünyasını dəyişdi, səhiyyənin nüfüzuna zərbə oldu və yaşlı insan gedib müstıntiq qarşısında oturmaq məcburiyyətində qaldı”.(Bizimyol.info)

21:17 04.05.2017
Xəbər lenti
Bütün xəbərlər