KANAL24.AZ
Az Iw En Ru

Bu çaylar həm arıqladır, həm xoşbəxt edir

Yazın detoks çayları

Yaz ənənəvi çay mərasimlərini faydalı detoks çaylara dəyişmək üçün yaxşı zamandır. Bu detoks çaylar həm orqanizmi toksinlərdən təmizləyəcək, həm də sizi artıq çəki, şişkinlikdən xilas edəcək

Təkrarolunmaz ətir, xüsusi dad və isti əhval-ruhiyyə - detoks çaylar sizə məhz bunu vəd edir. İstiPress bu gün oxucularına ən ləziz detoks çayları təqdim edir. 

Hind detoks çayı 

Tərkibi - 4 stəkan su, 40 qram çəkilmiş zəncəfil, 3 qaşıq sarıkök, 1 çay qaşığı bal, limon, qırmızı istiot, darçın çubuq. 

Suyu qaynayana kimi isidin. Ona zəncəfil, istiot və sarıkök əlavə edin. 15 dəqiqə az qazda isidin. Limon dilimi, çubuq darçın və balı öz fincanınıza əlavə edin. Bütün məhsulları məhz fincanda qarışdıraraq için. 

Reyhan çayı 

Tərkibi - 15 yarpaq reyhan, 1,5 çay qaşığı zirə, 7-8 nazik dilim zəncəfil, 6 stəkan su, limon suyu, çubuq darçın.

Bu çayın tərkibindəki məhsullar daxili orqanların fəaliyyətini yaxşılaşdırır. Limon istisna olmaqla, digər məhsulları 5 dəqiqə ərzində qazda isidin. İçməzdən öncə isə limon suyunu əlavə edin. 

 

Moruq çayı 

Tərkibi - 1 litr su, dondurulmuş moruq, yarım naringi və limonun şirəsi, 2 ədəd qərənfil, çubuq darçın suyu. Bu çay həm də soyuqdəymənin ilkin əlamətlərinin qarşısını alır, maye balansını tənzimləyir, şlakları təmizləyir.  

Moruqlu suyu 10 dəqiqə qaynadın. Daha sonra meyvə limon şirəsini, daha sonra darçın və qərənfili əlavə edib asta qazda yarım saat saxlayın. 

 

Doyumcul deetoks 

Bu çay dərinin rəngini açır, mədəaltı vəzinin fəaliyyətini yaxşılaşdırır, vaxtsız qocalmanı ləngidir, soyuqdəyməni çıxarır və əhvalı qaldırır. 

Tərkibi - 7 stəkan su, kişmiş, darçın, zəncəfil, kakao (hərəsindən bir qaşıq), 3 qaşıq bal, 2 qaşıq nanə yarpağı.

 

 


05:57 04.05.2017
Xəbər lenti
Bütün xəbərlər