KANAL24.AZ
Az Iw En Ru

Siqətül-İslam və siqətül-mühəddisin ləqəblərinin mənası nədir?

Siqətül-İslam və siqətül-mühəddisin ləqəblərinin mənası nədir və bu ləqəblər kimlərə verilir?

Bunlar mötəbər hədis tədqiqatçılarına verilən ləqəblərdir. "Siqətül-İslam" ləqəbi "İslamın mötəbər şəxsiyyəti" mənasını verir. "Siqətül-mühəddisin" isə "hədis alimlərinin etibarlısı, inanılmışı" deməkdir. Cəfəri məzhəbinin böyük hədis alimlərindən Şeyx Küleyni siqətül-İslam ləqəbi ilə məşhurdur.

Kanal24.az  islam.az-a istinadən bildirir ki, bəzi mənbələrdə Şeyx Küleyninin hətta öz sağlığında bu ləqəblə tanındığı yazılıb. Amma daha geniş yayılmış məlumata görə, Şeyx Küleynini siqətül-İslam adlandırmış ilk müəllif ondan təqribən yeddi əsr sonra yaşamış Şeyx Bəhai olub.


06:38 03.05.2017
Xəbər lenti
Bütün xəbərlər