KANAL24.AZ
Az Iw En Ru

Su festivalı Qubada

Aprelin 5-də prezident İlham Əliyevin iştirakı ilə Xəzərdən başlayan su səyahətinin Quba gününə start verilib.

4-cü İslam Həmrəyliyi Oyunlarına aparan su səyahətində Qusardan sonra Qubada rayonun tanınmış idmançıları - noverritlinq (ağırlıqqaldırmanın bir növü) üzrə 3 qat Azərbaycan, 1 qat MDB çempionu Famil Mikayılov, muaytar üzrə Azərbaycan çempionu, Dünya Kubokunun 2-si Fərid Həmzəyev Qubanın Afurca kəndindəki 25 metr hündürlüyü olan məşhur şəlalədən səhənglə şəffaf dağ suyu götürdülər. Onları 4-cü sinif şagirdi olan Quba məktəblisi Günel Qonaqova müşayiət eləyib.

Su mərasimi daha sonra Quba olimpiya idman kompleksində 100-ə yaxın məktəblinin "Şən startlar" devizi altında müxtəlif idman yarışları ilə davam edəcək. Axşam saat 20-də isə Quba meydanında su festivalı keçirilməsi ilə möhtəşəm oyunun su səyahətinin Quba günü sona yetəcək.


20:21 01.05.2017