KANAL24.AZ
Az Iw En Ru

Xarici dil öyrəndikdə beyində bu dəyişikliklər baş verir

Alimlər yeni dil mənimsəməyin insan beyininə təsirlərini araşdırıb.
 
Helsinki Universitetindən olan alimlər insanın beynində ancaq xarici dil öyrənərkən meydana gələn dəyişikliklər mövzusunda maraqlı bir araşdırma aparıb və olduqca diqqətçəkən nəticələr əldə edib. Belə ki, əldə olunan nəticələr sübut edir ki, xarici dil öyrənmək insan beyninin plastikliyini artırır və məlumatları kodlaşdırmaq bacarığını inkişaf etdirir. Nə qədər çox xarici diln öyrəniriksə, beynimiz məlumatları bir o qədər effektiv şəkildə işləyir, öyrəndiklərimizi daha düzgün formada “baza”da saxlayır.
 
Tədqiqatçılar bu araşdırma çərçivəsində beynin elektrik aktivliyini elektroentsefaloqrafiya vasitəsilə ölçüblər. 22 tələbənin iştirak etdiyi təcrübədə ortalama yaş olaraq 24 yaş götürülüb. Təcrübədən keçənlərin baş hissəsində elektrodlar yerləşdirilib və onlar müxtəlif onlara tanış olan və olmayan dillərə qulaq asıblar.  Təcrübə əsnasında beynin ona məlum olmayan sözlərin işlənməsi üçün işlətdiyi tezliyə xüsusi diqqət yetirilib. Əldə olunan nəticələri təcrübədən keçənlərin dil bilikləri ilə müqayisə etdikdə məlum olub ki, bu tezlik onların nə qədər çox bilməsindən asılı olaraq dəyişir.
Layihənin müəllifi Yuriy Şatırov qeyd edir ki, bir insan nə qədər çox dil bilirsə, məlumatları kodlaşdıran neytron şəbəkəsinin tezliyi də bir o qədər çox olurdu. Bu da onu göstərir ki, yeni məlumatların mənimsəniləməsi bizim beynimizin fizioloji xüsusiyyətlərinə birbaşa təsir edir, onun elastikliyini artırır.

 


15:40 01.05.2017
Xəbər lenti
Bütün xəbərlər