KANAL24.AZ
Az Iw En Ru

"Öz maaşımı vətənpərvərlik layihələrinə xərcləyirdim"

 "Son illərdə ölkəmizdə keçirilən mötəbər tədbirlər bizim gücümüzün, müstəqillik dövrü ərzində keçdiyimiz uğurlu yolun bariz nümunəsidir. Düşünürəm ki, “Eurovision” yarışmasının Bakıda keçirilməsindən sonra Azərbaycan beynəlxalq səviyyəli yarışları yüksək səviyyədə keçirə biləcəyini hər kəsə sübut etdi. Daha sonra 1-ci Avropa Oyunları, “Formula-1” yarışı, şahmat çempionatı və bu il baş tutacaq İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bizə olan inamın nəticəsidir. Əlbəttə bir gənc olaraq mən ölkəmlə fəxr edirəm və belə bir dövlətin vətəndaşı olmaq qürurvericidir. Beynəlxalq yarışların çoxluğu iqtisadiyyatı da gücləndirir, turist axınını artırır və s. kimi müsbət amillərə səbəb olur. "

Elə Gənc Heydərçilər Klubunun eks-prezidenti Nicat Müslümov da bu qənaətdədir. Gənc aktivist Nicat Müslümovun Kanal24-ə müsahibəsini təqdim edirik.

-Nicat bəy, 10 ildir ictimai sahədə fəaliyyət göstərirsiniz. Bu sahədə aktiv olmusunuzmu?

-Bəli, elə universitetə 2006 cı ildən daxil olduğum ilk vaxtlardan etibarən IRELI IB sonra YAP GB ictimai işlərlə maraqlanmağa başlamışdım və bu marağımın nəticəsində artıq ictimai fəallığı ilə fərqlənən bir tələbəyə çevrilmişdim deyə bilərəm. Bu gün gənclərlə bağlı və ümumilikdə digər sahələrdə gənclərin, tələbələrin də iştirak edə biləcəyi o qədər layihələrin şahidi oluruq ki, bu layihələrin yanında aktiv tələbə olmaya bilmirsən. 

-Tələbələrlə bağlı da xeyli sayda layihələriniz olub 


- Doğrudur. 2015-ci il Iyun 2-dən start götürmüş " Gənc Heydərçilər Klubu ”-nun təşəbbüskarı olmuşam 3 il " Gənc Heydərçilər Klubu ”-nun Prezidenti oldum. 3 il ərzində 500 könüllü gənclər olub onlara ictmai vəzifələr verilirdi . Onlar tədbirlər edirdilər . Onlat tv Xeber Portalari mediya ilə işləyirdilər. “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa da müvafiq qərar var. Bizdə Gənc Heydərçilər Klubu olaraq ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. “Gənc Heydərçilər Klubu” olaraq könüllü fəaliyyətin əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur: Teşebbüs qrupu olaraq Gənc Heydərçilər Klubu olaraq Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşib dəstək olmaq məqsədimiz . V ə mən hər zaman gənclərə dedim
başlıca məqsəd gənc bacarıqlı gəncləri bir araya gətirməkdir: “Məqsədimiz Azərbaycanda və Azərbaycandan kənarda ölkəmizi və idmansevərləri Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasına sıx birləşdirməkdir. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında yer alan bütün gənclər əsasən, ölkənin ictimai-siyasi həyatında aktiv iştirak edir və sabitliyin, dinamik inkişafın qorunub saxlanılmasında mühüm rol oynayırlar. Bir sözlə, bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gənclər bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, anti-Azərbaycançı şəbəkələrin ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident İlham Əliyevin göstərdiyi etimadı doğruldacağıq”. 

-İslam Həmrəyliyi Oyunlarında könüllü kimi fəaliyyət göstərəcək tələbələr, gənclərimizin özünü inkişafındakı hansı rolu olur?


-Doğru vurğuladınız. Bəli, bu il doğma Bakımızda keçiriləcək İslam Həmrəylik Oyunları olacaq . Bu həm qürurverici, həm də, məsuliyyətli bir işdir. 1-ci Avropa Oyunları dövründən könüllülük təcrübəm olduğundan o,zaman Koordinator idim oyunlar zamanı könüllülərin keçirdiyi hislərin nələrdən ibarət olduğunu xatırlayıram. Könüllülər oyunların bir hissəsi ola bildiyi üçün çox sevincli olurlar. Lakin onlar bu oyunların yüksək səviyyədə keçməsi üçün işini maksimum dərəcədə yaxşı görməli olduğunu da bilirlər və bunun üçün gənclərimiz işinin məsuliyyətini dərk edirlər. Könüllülükk fəaliyyəti gənclərə ilk olaraq təcrübə, yeni dostlar, özünəinam qazandırır. Könüllü olmuş gənc özünə şərait yaradıldığı təqdirdə nələrə qadir ola biləcəyini öyrənmiş olur və bu onun gələcək həyatı üçün stimul rolunu oynayır.



-Ümumiyyətlə aktiv gənc kimi belə beynəlxalq əhəmiyyətli yarış və tədbirlərin son dövrlərdə ölkəmizdə daha çox keçirilməsini necə dəyərləndirərdiniz?

- İkinci dəfə müstəqillik qazanan Azərbaycanı əvvəllər dünyada elə də çox tanımırdılar. Amma ilbəil ölkəmiz nəinki tanındı, artıq bütün dünyada sayılıb-seçilən, hörmət edilən bir dövlətə çevrildi. Eyni zamanda bu qısa müddət ərzində onun keçdiyi şanlı inkişaf yolu da danılmazdır. Əlbəttə bu amillər ölkənin bir gənc vətəndaşı olaraq məni çox sevindirir. Son illərdə ölkəmizdə keçirilən mötəbər tədbirlər bizim gücümüzün, müstəqillik dövrü ərzində keçdiyimiz uğurlu yolun bariz nümunəsidir. Düşünürəm ki, “Eurovision” yarışmasının Bakıda keçirilməsindən sonra Azərbaycan beynəlxalq səviyyəli yarışları yüksək səviyyədə keçirə biləcəyini hər kəsə sübut etdi. Daha sonra 1-ci Avropa Oyunları, “Formula-1” yarışı, şahmat çempionatı və bu il baş tutacaq İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi bizə olan inamın nəticəsidir. Əlbəttə bir gənc olaraq mən ölkəmlə fəxr edirəm və belə bir dövlətin vətəndaşı olmaq qürurvericidir. Beynəlxalq yarışların çoxluğu iqtisadiyyatı da gücləndirir, turist axınını artırır və s. kimi müsbət amillərə səbəb olur.

-Gənclərimizin hazırkı durumunu da xarakterizə edərdiniz. 

-Bir gənc olaraq və istər GHK Prezidenti olduqum zaman , istərsə də oradan kənarda zamanımın əksəriyyətinin həmyaşıdlarımla-gənclərlə keçirdiyimdən onların hazırkı durumu haqqında mənfi rəy söyləmək yalan olardı. Hazırda Azərbaycanın yüksək elmi biliklərə, güclü məntiqə malik, özünü hərtərəfli inkişaf etdirən gənclik toplumu var. Əlbəttə bunun səbəbi dövlətimizin bizə göstərdiyi qayğı və gənclərdə olan özünü inkişaf etdirmə sevgisidir. Ümumi olaraq deyə bilərəm ki, hazırkı gənclik Azərbaycanın gələcəyi üçün çox mühüm işlər görə biləcək səviyyədədir.

-Gələcək planlarınız nədən ibarətdir? 


-Hər kəsdə olduğu kimi mənim də gələcəyə dair planlarım, xəyallarım var.Zamanla inşallah uğurlarımız olacaq .


16:36 30.04.2017
Xəbər lenti
Bütün xəbərlər