KANAL24.AZ
Az Iw En Ru

"N" saylı hərbi hissədə Novruz bayramı qeyd edildi-TAM TƏDBİR

Kanal24.az xəbər verir ki, martın 19-da Yeni Yurd Sosial İnkişaf və Xocalı Soyqrımını Tanıtma İctimai Birliklərinin birgə təşkilatçılığı ilə Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirilib.

Bayram konsertinin aparıcıları əsgərləri və qonaqları salamlayaraq onları Novruz bayramı münasibəti ilə təbrik ediblər.

Tədbirdə çıxış edənlər vətənimizin keşiyində ayıq-sayıq dayanan zabit və əsgərlərə bayram mesajlarını çatdırıblar.

Bayram konsertində səsləndirilən mahnıların sədaları altında əsgərlər rəqs ediblər.

Daha sonra bayram tonqalı yandırılıb. Tonqal ətrafında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa edilib.

Tədbirin sonunda əsgərlərə bayram sovqatı paylanılıb. Xatirə şəkli çəkdirilib.


08:49 25.03.2015
Xəbər lenti
Bütün xəbərlər