KANAL24.AZ
Az Iw En Ru

“Şimali Koreyaya hücuma hazırıq” – ABŞ Çinə mesaj verdi, qarşıdurma başlandı

ABŞ Dövlət katibi Reks Tillerson BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsi çağırışını edib.

Kanal24.az xəbər verir ki, Tillerson ABŞ-ın Şimali Koreyaya hücuma hazır olduğunu bildirib.

“ABŞ Şimali Koreyaya hərbi müdaxiləyə hazırdır”, - deyə o bildirib.

Tillerson Şimali Koreyaya dəstək verən ölkələrə, xüsusilə Çinə xəbərdarlıq edib.

Qeyd edib ki, Çin ticarət etdiyi Şimali Koreyaya çox da dəstək olmamalıdır.

Çinin xarici işlər naziri Vanq Yi isə Tillersona cavabında “Şimali Koreya ilə bağlı problem sadəcə Çinin həll edəcəyi məsələ deyil, yarımadadakı nüvə probleminin həlli Çinin əlində deyil”, deyə bildirib.


11:12 29.04.2017
Xəbər lenti
Bütün xəbərlər