Cəlilabadda fərdi yaşayış evi yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər veririk ki, Cəlilabad rayonu, Seyidbazar kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 216 m2 sahədə yanıb.
Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri hələ ki, məlum deyil.
Hadisə zamanı xəsarət alan olmasa da, evdə olan əşyaların əksəriyyəti yanaraq yarasız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.