KANAL24.AZ
Az Iw En Ru

Şimali Koreya BMT-dən çıxarılır?

Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının BMT-də üzvlük məsələsinə baxmağa çağırıb.

Bunu Cənubi Koreyanın Xarici İşlər naziri Yun Bön Se BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında bəyan edib.

“Rəsmi Pxenyana tədbirlər çərçivəsində biz, misal üçün, xam neft tədarükünün dayandırılması və Şimali Koreyanın BMT-də üzvlük məsələsinə baxa bilərdik”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, rəsmi Seul KXDR-i diz çökdürmək arzusunda deyil və yalnız bu ölkənin nüvə silahından imtina etməsini istəyir.


15:17 29.04.2017
Xəbər lenti
Bütün xəbərlər