Moldovanın Prezidenti İqor Dodon mayın 8-də Rusiyaya səfər edəcək.
Bunu Rusiyanın Moldovadakı səfiri Fərid Muhametşinlə görüşü zamanı Dodonun özü söyləyib. Səfər mayın 10-na qədər davam edəcək.
Dodon səfər çərçivəsində həmçinin Qələbə Günü münasibəti ilə keçiriləcək paradda da iştirak edəcək.