KANAL24.AZ
Az Iw En Ru

ABŞ-dan Türkiyəyə qarşı növbəti PİS addım

ABŞ hökuməti növbəti dəfə YPG-nin başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinə (SDQ) zirehli hərbi texnikalar göndərməyə başlayıb.

Bu barədə “Yeniakit.com.tr” saytı məlumat yayıb.

Hərbi texnikaların Türkiyə sərhədi yaxınlığında yerləşdirildiyi iddia edilib.

Qeyd edək ki, Türkiyənin Suriya və İraqda PKK mövqelərinə aviazərbələr endirməsi ABŞ tərəfinin narazılığına səbəb olmuşdu. Güman edilir ki, Ağ Ev İŞİD-lə mübarizədə yardım adı ilə Türkiyədən qisas alınması üçün YPG-yə xüsusi hərbi dəstək göstərməyi planlaşdırır.


15:07 29.04.2017
Xəbər lenti
Bütün xəbərlər