KANAL24.AZ
Az Iw En Ru

Lənkəranda qan töküldü

Lənkəranın Mamusta kəndində bıçaqlanma hadisəsi baş verib.

 55 yaşlı kənd sakini Qənbərov Əmənulla Fətəli oğlu qarının ön nahiyəsinin kəsimiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Çoxlu qan itirən yaralı dərhal əməliyyat olunub.

Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilir. Hadisə ilə bağlı zərərçəkən Ə. Qənbərovun həmkəndlisi olan Məmmədov Xoşbəxt Balağa oğlu saxlanılıb.


19:47 16.04.2017
Xəbər lenti
Bütün xəbərlər