Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2000 m2 olan bitum sexinin içərisində həcmi 1 m3 və 7 m3 olan bitum çənləri və 20 m2 sahəyə dağılmış bitum yanıb.
Kanal24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sex və sexin içərisində olan hazır məhsullar yanğından mühafizə olunub.
Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.