KANAL24.AZ
Az Iw En Ru

Dünən 130 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 130 cinayət faktı qeydə alınıb, onların da 47-si "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər xəsarət alıb. 

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər tutulub.


00:15 16.04.2017
Xəbər lenti
Bütün xəbərlər