KANAL24.AZ
Az Iw En Ru

Reytinq açıqlandı: Yığmamız 2 pillə gerilədi

Avropa Voleybol Konfederasiyası 18 yaşadək qızlardan ibarət yığmaların yeni reytinq cədvəlini açıqlayıb.

Siyahı Azərbaycan millisi üçün uğurlu alınmayıb.

Belə ki, Avropa birinciliyinin II seçmə mərhələsində keçirdiyi hər 3 matçda 0:3 hesabı ilə uduzan komandamız 34-cü yerə enib. Aktivində 36 xalı olan millimiz 2 pillə geriləyib.

Siyahıya isə birinciliyi 4-cü yerdə başa vuran Serbiya başçılıq edir. Aktivində 288 xalı olan yığma İtaliyadan 4 xal öndədi. İlk “üçlüy”ü 1 pillə geriləyən Türkiyə (268) qapayır. Avropa çempionu titulunu qazanan və həlledici görüşdə italiyalıları məğlub edən Rusiya isə 242 xalla beşincidi. 


00:05 16.04.2017
Xəbər lenti
Bütün xəbərlər