Gəncədə qadın sərnişin avtobusda qəflətən ölüb.
Hadisə bu gün səhər saatlarında Gəncədə şəhər daxilində sərnişin daşıyan 7 saylı avtobusda qeydə alınıb.
Şəhər sakini, 1961-ci il təvəllüdlü Hicran Cahangirova avtobusa minəndən sonra özünü pis hiss edərək yıxılıb. Ona dərhal yardım göstərilsə də, öldüyü məlum olub.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.