KANAL24.AZ
Az Iw En Ru

Putinin ata olması ilə bağlı xəbərə- Katibdən münasibət

Rusiya prezidenti Vladimir Putinin ata olması ilə bağlı xəbərlər təkzib olunur. 

Kanal24.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov “Forbes”ə açıqlamasında bildirib:

“Putinin uşağının dünyaya gəlməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Hətta pulu olan şəxslərə “ən yaxşı jurnalist şaiyəsi” müsabiqəsi keçirmək üçün müraciət etməyi planlaşdırıram”.

Xatırladaq ki, bu gün İsveçrənin “Blick” qəzeti Putinlə adı hallanan olimpiya çempionu Alina Kabayevanın ana olması ilə bağlı xəbərlər tirajlayır. Qəzetin yazdığına görə, martın 5-dən bəri ictimaiyyətə görünməyən Rusiya prezidenti Kabayevanı müşaiyət edir və uşağın atası o, ola bilər.


02:34 14.03.2015
Xəbər lenti
Bütün xəbərlər