KANAL24.AZ
Az Iw En Ru

Premyer Liqaya vəsiqə qazanan ilk klub müəyyənləşdi

"Turan Tovuz" klubu Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb. 

Kanal24.az  goal.az-a istinadən xəbər verir ki, bu, Qərb təmsilçisinin I Divizionunun XXIV turu çərçivəsində MOİK-i 1:0 hesabı ilə məğlub etməsi ilə rəsmiləşib.

Yeganə qolu uzatma dəqiqələrində Rəhman Musayev vurub. Növbəti qələbə sayəsində xalını 57-yə çatıran "Turan Tovuz" sona 2 tur qalmış ilk 2 pillədən birini özünə təmin edib.

 

Qeyd edək ki, Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdirilən Əsasnaməyə uyğun olaraq, 2016/2017 mövsümündə I divizionda ilk üç pilləni tutan komanda Premyer Liqaya vəsiqə qazanır.


17:34 14.04.2017
Xəbər lenti
Bütün xəbərlər