Donald Tramp Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşacağına əmin olduğunu deyib.
“RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti özünün "Twitter" səhifəsində yazıb.
“Rusiya ilə ABŞ arasında hər şey əla olacaq. Vaxtı gələndə hər şey normallaşacaq və nəhayət, sülh bərqərar olacaq”, - deyə D. Tramp bildirib.