KANAL24.AZ
Az Iw En Ru

Suriya ABŞ-dan qorunmaq üçün Rusiyadan silah istəyir

Suriya Rusiyadan kömək istəyə bilər.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini, Rusiya Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan generalı Vladimir Cabarov söyləyib. O, Dəməşqin Moskvadan “Buk” və “Tor” hava hücumundan müdafiə komplekslərini istəyə biləcəyini söyləyib.

Cabarov Suriyanın bu kompleksləri ABŞ raketlərindən qorunmaq üçün istəyəcəyini bildirib:

“Biz Suriyada S-400-lər yerləşdirmişik. Bunlar sadəcə bizim infrastrukturlarımızı qoruyur. Rusiya Suriyada ABŞ-la qarşıdurmaya girməyəcək”.


01:09 14.04.2017
Xəbər lenti
Bütün xəbərlər