KANAL24.AZ
Az Iw En Ru

BMT-də QALMAQAL: Ruslar və ingilislər qarşı-qarşıya

BMT Təhlükəsizlik Şurasının dünən gecə saatlarında Suriyadakı kimyəvi hücumla bağlı keçirdiyi iclasında qarşıdurma yaranıb. 

Qalmaqal Rusiya təmsilçisi ilə İngiltərə nümayəndəsi arasında baş verib. Rusiyalı nümayəndə ingilis həmkarına xitabən "Mən danışanda mənə bax. Başqa tərəfə baxma. Niyə başqa tərəfə baxırsan?" deyərək irad bildirib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Əsəd rejiminin dünyanın ən qorxulu silahlarından biri olan kimyəvi silahla dəhşət saçdığını bildirib. Bildirib ki, onun təmsil etdiyi ölkə kimyəvi silah istifadəsinə icazə verməyəcək. 

Haleyin sözlərinə görə, İran, Rusiya və "Hizbullah" Əsədə dəstəyini davam etdirir. İngilətə nümayəndəsi Mattev Rucroft Bəzər Əsədin kimyəvi hücumunun əslində həm də Rusiyanı aşağıladığını bildirib və "Rusiya ölüm saçan barbar bir günahkarın tərəfini tutub" deyə vurğulayıb. Bu sözlər Rusiyanın BMT-dəki təmsilçisinin vəkili Vladimir Safronkovu özündən çıxarıb. "Rusiyaya yönlik təhqirlərinizi qəbul etmirəm və buna icazə vermərəm" deyə bildirib. Ancaq daha sonra ingiltərəli nümayəndənin onun sözlərini dinləmədiyini bildirərək daha da əsəbləşib. 

Rusiya BMT Təhlükəsizlik Şurasının kimyəvi silahdan istifadəni qınayan və araşdırma aparılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qərarına veto qoyub.   


00:30 14.04.2017
Xəbər lenti
Bütün xəbərlər