KANAL24.AZ
Az Iw En Ru

Gimnastlarımız İtaliyada bürünc medal qazanıblar

Bədii gimnastika üzrə yeniyetmələrdən ibarət qrup hərəkətləri komandamızın üzvləri Güllü Ağalarzadə, Dərya Sorokina, Nərmin Cahangirova, Narın Qurbanova və Fatimə Əkbərova İtaliyanın Pesaro şəhərində keçirilən beynəlxalq turnirdə (11-13 aprel) çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 10 gürzlə icra etdikləri kompozisiya ilə qızlarımız yalnız Rusiya və İsrail komandasından geri qalaraq bürünc medal əldə ediblər.

Böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova təsnifat mərhələsində hər 4 alət ilə uğurlu çıxış edərək, finallara yüksəlməyi bacarıb. Yekun mərhələdə o, ən yaxşı nəticəni halqa ilə göstərərək medalın bir addımlığında – 4-cü yerdə qərarlaşıb.(trend)


21:08 13.04.2017
Xəbər lenti
Bütün xəbərlər