KANAL24.AZ
Az Iw En Ru

Türkiyə-Azərbaycan əlaqələri müzakirə edildi

Azərbaycan Respublikası "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin fəalları martın 11-də Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin mətbuat məsələləri üzrə Müşaviri cənab Hamit Karadenizlə görüşdülər.

Səmimi söhbət zamanı Azərbaycan-Türkiyə mədəni əlaqələrinə toxunuldu. Təşkilatın sədri Mahirə xanım Əsədova, "Yeni Yurd" ictimai birliyinin həyata keçirdiyi layihələrdən danışıb. O, son bir il ərzində yazıçı Nazim Tapdıqoğlunun qələmə aldığı və xalqımızın başına gətirilən bəlalardan bəhs edən 1024 səhifəlik "Faciələrimizin təqvim izləri" kitabını nəşr etdiklərini, Türkiyənin Çanaqqala savaşı, Azərbaycanın paytaxtı Bakı şəhərinin və digər rayonlarımızın erməni işğalçılarından azad edilməsində mühüm rol oynayan "Qafqaz İslam Ordusu"nun fəaliyyətindən bəhs edən "Torpaq, uğrunda ölən varsa, Vətəndir!" filmini ərsəyə gətirdiklərini qeyd etdi.

Mahirə xanım, 2014-cü il dekabrın 13-də Ankarada, Türkiyədə fəaliyyət göstərən "Türkiyə-Azerbaycan Dostluq Dərnəkləri Fedorasyası" ilə birlikdə Ümummilli lider Heydər Əliyevin anım mərasiminin keçirildiyini Hamit Karadenizin diqqətinə çatdırdı.

 
Birliyin İcraçı direktoru Şamil Sabiroğlu, 2014-cü ilin sentyabr ayında Bakının erməni işğalçlarından azad edilməsinin 96-cı ildönümü ilə əlaqədar həmin filmin təqdimatının keçirildiyini, təqdimat mərasiminə Türkiyənin tanınmış ziyalılarının da dəvət olunduğunu qeyd etdi. Ş.Sabiroğlu, filminin təqdimatının qardaş ölkədə keçirilməsi üçün Türkiyədə fəaliyyət göstərən əksər ictimai təşkilatlardan təklif aldıqlarını bildirdi.

Türkiyə Səfirliyinin müşaviri H.Karadeniz, ikitərəfli mədəni əlaqələrin qurulmasına mühüm töhfələr verən "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyinin rəhbəri Mahirə xanım Əsədovaya təşəkkürünü bildirdi.

Sonda xatirə şəkilləri çəkildi.


Müəllif: Aynur Qəniyeva
18:14 12.03.2015
Xəbər lenti
Bütün xəbərlər