KANAL24.AZ
Az Iw En Ru

Başına 600 min qoyulan PKK-çı öldürüldü

Türkiyənin Bitlis şəhərində təşkil olunan əməliyyat zamanı Daxili İşlər Nazirliyinin axtarışda olan terrorçular siyahısında yer alan PKK-çı məhv edilib.

Başına 600 min lirə pul mükafatı qoyulan terrorçunun yanında bir ədəd M-16 tüfəngi, 100 fişəng və müxtəlif əlaqə vasitələri tapılıb.

Ölkənin bir çox bölgəsində terrorçulara qarşı əməliyyat keçirən türk əsgəri xeyli sayda silah-sursatı, partlayıcı maddəni ələ keçirib.


15:53 12.04.2017
Xəbər lenti
Bütün xəbərlər