KANAL24.AZ
Az Iw En Ru

Civzələrdən əziyyət çəkənlər mütləq oxusun

Amerikalı bir qrup alim dəridə iltihablı xəstəliklərin, xüsusilə də civzələrin yaranmasının əsas səbəbini müəyyən edib.

Aparılan təhlillər nəticəsində məlum olub ki, üzdə civzələrin yaranması xüsusi bakteriyalardan yox, üz dərisinin ümumi mikroflorasından asılıdır.

Müəlliflər qeyd edir ki, civzələrin qarşısının alınması üçün antibiotiklər vasitəsilə mikrofloranı məhv etmək yox, dəridə mikroorqanizm balansının saxlanmasına çalışmaq lazımdır.


 
 
 
 
 

Civzələrlə gənc yaşda insanların 80-85 faizi qarşılaşır. Bugünədək onların yaranma səbəbi tam məlum olmayıb.

Mütəxəssislər əsas səbəblər arasında maddələr mübadiləsinin pozulmasını, hormonal dəyişiklikləri və dərinin bakterial çirklənməsini göstərirlər.


15:36 12.04.2017
Xəbər lenti
Bütün xəbərlər