KANAL24.AZ
Az Iw En Ru

Razılaşmasaq, Rusiya təcrid ediləcək - ABŞ

Suriyada ABŞ milli maraqlarına uyğun razılaşma əldə olunmasa, Rusiya təcrid olunacaq.

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Şon Spayser mətbuat konfransı zamanı deyib. Əsədlə müqayisə aparan ABŞ rəsmisi II Dünya müharibəsində belə nasistlərin lideri Hitlerin kimyəvi silahlardan istifadə etmədiyini bildirib.

Lakin jurnalistlərdən biri almanların soyqırım zamanı qazdan istifadə etdiyini Spayserə xatırladıb.

Departament rəsmisi də jurnalistə belə cavab verib: “Əsəd kimi öz xalqına qarşı kimyəvi silahları istifadə etməyib. Onları soyqırım mərkəzlərinə göndərirdi”.


15:17 12.04.2017
Xəbər lenti
Bütün xəbərlər