KANAL24.AZ
Az Iw En Ru

“Komandada siqaret çəkənlər var” - “Qəbələ”nin futbolçusunun atası

Ukraynanın “Zarya” klubunun baş məşqçisi Yuri Vernidub komandasında siqaret çəkənlərin olduğunu etiraf edib. “Qafqazinfo” xəbər verir ki, təcrübəli ukraynalı mütəxəssis bütün siqaret aludçilərinə xəbərdarlıq etdiyini bildirib.

“Qəbələ”nin müdafiəçisi Vitali Vernidubun atası daha sonra özünün də siqareti atmaq istədiyini bildirib:

“Nə gizlədim, komandamda siqaret çəkənlər var. Ancaq onların hamısına xəbərdarlıq etmişəm ki, bu, fiziki hazırlıqlarına təsir göstərsə, ciddi söhbətimiz olacaq. Bu cür hallar bütün komandalarda var. Elə özüm də bu sıradayam. Çox çalışıram ki, atım, amma hələ alınmayıb”.


23:35 11.04.2017
Xəbər lenti
Bütün xəbərlər