KANAL24.AZ
Az Iw En Ru

Putinin keçmiş arvadı onun haqqında hər şeyi danışdı

Rusiya Prezidenti Vladimir Putinin keçmiş arvadı Lyudmilanın Oleq Bloskoqonun "Vladimir Putin və hakimiyyətə yol" adlı kitabında maraqlı etiraflar yer alıb. 
 
Kanal24  Axar.az-a istinadən  Lyudmilanın Putin və ailəsi barədə etiraflarının bir qismini təqdim edir: 
 
"Vladimir Vladimiroviçin valideynləri ilə birinci görüşü əla xatırlayıram. Məni iki nəfər çağırdı və mətbəxə çıxdım, Putinin anası Mariya İvanovanı gördüm. Biz nə barədəsə danışmağa başladıq. Bizi Putinin dostu Aleksey tanış etmişdi. Putinlə bizim münasibətimiz kifayət qədər normal inkişaf edirdi. Putinlə görüşə mən heç vaxt gecikmirdim, ancaq o həmişə gecikirdi. Bilirdim ki, Putin yenə gecikəcək, ancaq mən yenə də vaxtında gəlirdim. Mən bu günə qədər Putinin gecikmələriylə barışmamışam. Gecikmənin ilk 10-15 dəqiqəsinə mən dözürdüm, artıq saatlar keçirdi və mən inciyirdim, ağlayırdım. O işlərində dəqiq idi, ancaq şəxsi işlərində bunu demək olmaz. 
 
Onun haqqını yemək də olmaz. Heç vaxt yalan danışmırdı, özünü əməllərində göstərərdi, prinsipial biri idi. Mən əmin idim ki, başqaları ilə heç vaxt görüşməyəcək, bu davranışı dürüstcəsinə idi. Valideynlərinə bağlı biri idi. Əyləncə gecəsinə gedirdik, özünü çox rahat aparırdı: rəqs edirdi, şənlənirdi, gülürdü. Bizim münasibətimiz qeyri-müəyyən idi. Belə ki, o məni daim müşahidə edirdi. Hansı qərarı verəcəyimi gözləyirdi - mən bu sınaqlara dözəcəyəmmi, ya yox... Xatırlayıram ki, 1981-cidə ilə biz dağ xizəyi ilə məşğul olmağa başladıq. Birdən oralarda gəzməyi təklif etdi. O mənim fikirimi soruşmurdu, sadəcə təklif edirdi. 
 
Putinin həmişə maşını olub, biz tanış olanda "Zaporoje"si var idi. Avtomobilinin səs boğucusu isə mənim ürəyimcə deyildi, mənə mənfi təsir edirdi. O isə mənə maşınla şəhər gecəsini göstərməyi çox istəyirdi. 
Putinlə ilk dəfə Qara dənizə 1981-ci ilin yayında getdik. Bizim səfərimiz Suduka idi. O, ictimai yerlərdə oturub qidalanmaqdansa, mağazalardan bazarlıq etməyi üstün tuturdu və çox pul xərcləməməyə çalışırdı. 
 
Putinin dostları - Vladik və Viktor bizə gələrdilər, onlar üçün yemək bişirərdim. Putinin sualtı tüfəngi var idi, o, dənizə girər, uzun müddət suyun altında qalardı, mən isə bundan qorxardım. Ancaq o, nəticədə balığı vurardı... 
 
İllər sonra ərə getdim - 28 iyul 1983-cü il. O gündən biz heç vaxt toyumuzun ildönümünü qeyd etməmişik. Putinin prinsipi belə idi ki, evdə qərarı kişi qəbul etməlidir. Biz toy səyahətinə Kiyevə getdik. Təəssüf ki, o vaxtdan şəkillər qalmayıb. O zamanlar fotoaparatımız ağ-qara, nazik pərdəli idi. Bir müddət sonra biz fotoaparatı atdıq və bizim toy şəkillərimiz qalmadı. Biz toy səyahətimizi Yaltada yekunlaşdırdıq. Putinin də orda işləri var idi, onlarla məşğul olurdu. Budur, bizim toy səyahətimiz də belə keçdi... 
 
Putinin Dövlət Təhlükəsizlik Komitəsinin zabiti olduğunu bilmirdim. Mən düz il yarım sonra bildim ki, o, nə işlə məşğul olur. Bir dəfə Putinin məni sınadığını düşündüm. Belə ki, Putinlə razılaşdıq - görüş yerini təyin etdik. Mən çox gözlədim, ancaq o gəlmədi. Sonra mən evə getməyi qərara aldım. Biri mənə yaxınlaşmağa çalışırdı, mən isə addımlarımı cəld atırdım, sonra qaçmağa başladım, o da arxamca qaçdı. Məni səslədi: 
 
- Qız, dayanın, mən pis heç nə etməyəcəm. Yalnız sizinlə danışmaq istəyirəm. Cəmi iki saniyə. 
 
Mən dayandım... 
 
- Qız, bu, taledir. Necə olursa-olsun, mən sizinlə tanış olmaq istəyirəm. 
 
- Nə tale? 
 
- Zəhmət olmasa, mənə telefon nömrənizi verin. 
 
- Mənim telefonum yoxdur. 
 
- Eləsə, mənim nömrəmi yazın. 
 
- Çox təəsüf, bu, tale deyil. 
 
- Yaxşı, ancaq siz fikrini dəyişsəniz, mənə zəng edin… 
 
Sonra isə çıxıb getdi. Mən bundan tamamilə şübhələndim ki, bu, Putinin planı idi və məni sınayır. Sonra bu barədə dəfələrlə Putindən soruşdum, o isə cavab verməkdən yayındı. Mən indiyə qədər bilmədim ki, o cavan oğlan sıradan biri idi, ya necə?! 
 
Mən heç vaxt Vladimir Vladimiroviçin işinə görə hirslənmirdim. Elə günlər olurdu ki, evə gəlmirdi. Hətta zəng belə etmirdi. Hirslənirdim, küsürdüm, çox məyus olurdum. Mən yalnız və yalnız onu gözləyirdim. Başqa cür bacarmırdım... 
 
Faktiki olaraq mən həmişə onun arzularına tabe olurdum. Nə vaxt ki, qızımız oldu, zəng edib adını dəqiqləşdirmək istədim. Mən qızımın adının Nataşa olmasını istəyirdim, rəfiqəmin adı da belə idi, bu ad xoşuma gəlirdi. Ancaq Putin təkidlə Nataşa yox, Maşa olacağını dedi. Başqa seçim yox idi, qızımın adı Maşa oldu. 
 
Hamiləliyin yeddinci ayında biz Drezdenə gəldik. O, heç vaxt həkimə getmirdi, nə vaxt ki, həkimə gedirdik, əsəbiləşirdi, məni qınayırdı. 
 
Vladimir Vladimiroviçdə belə bir prinsip var idi, evdə hər şeyi qadın etməlidir. Buna görə də o, ev təsərrüfatında heç vaxt iştirakı qəbul etmirdi. Başqa ailələrdə olan ər-arvad münasibətlərinə həmişə paxıllıq edirdim. Bizim ailəmizdə hər şey başqa cür olurdu. Yemək hazırladığım vaxt tərif gözləyərdim, ancaq o sadəcə "yaxşıdır" deyərdi”.

11:42 10.03.2015
Xəbər lenti
Bütün xəbərlər