KANAL24.AZ
Az Iw En Ru

"Qara mirvari": 16 yaşı, 30 milyon avro qiyməti var

“Barselona” “Flamenqo”nun U-20 komandasında top qovan Vinisius Juniorun xidmətində maraqlıdır.

Kataloniya təmsilçisi 16 yaşlı futbolçu üçün 30 milyon avro ödəməyə hazırdır. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb. Xəbərdə “göy-qırmızılar”ın Vinisiusun transferində qarşılaşdığı əsas maneənin isə onun cəmi 16 yaşının olması və peşəkar menecerinin olmaması göstərilib.

“Flamenqo”yla 2019-cu ilin yayınadək müqaviləsi olan futbolçunun transfer qiyməti 30 milyon avrodur.

Braziliyanın U-17 millisinin üzvü olan Junior sol cinah yarımmüdafiəçisi və hücumçu mövqeyində çıxış edir. O, milli formada meydana çıxdığı 22 oyunda 19 qola imza atıb.


16:00 08.04.2017
Xəbər lenti
Bütün xəbərlər