KANAL24.AZ
Az Iw En Ru

Leyla Əliyeva “Bakı Marafonu 2017”-də qeydiyyatdan keçdi

“Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da aprelin 30-da təşkil olunacaq “Bakı Marafonu 2017”-də iştirak etmək üçün qeydiyyatdan keçən şəxslər arasındadır”.
 
Kanal24.az  xəbər verir ki, bu barədə Report-un sualını cavablandıran Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Əliyeva deyib.
 
“Leyla Əliyeva qeydiyyatdan keçsə də, onun marafonda iştirak edib-etməyəcəyini əvvəlcədən dəqiq deyə bilmərik”, - deyə G.Əliyeva əlavə edib.
 
Mətbuat konfransında o da qeyd olunub ki, bu il marafona qeydiyyat daha erkən tarixdən başladığından daha çox iştirakçının, o cümlədən daha çox əcnəbi vətəndaşın iştirakı gözlənilir.
 
Qeyd edək ki, Fondun vitse-prezidenti Leyla Əliyeva ötən il təşkil olunan marafona qatılmışdı.

20:44 07.04.2017
Xəbər lenti
Bütün xəbərlər