KANAL24.AZ
Az Iw En Ru

Ölkənin 26 şəhər və rayonunda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır

Ölkənin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılır.

İlk diaqnostik qiymətləndirmə aprelin 16-dan 21-dək Bərdə Olimpiya İdman Kompleksində təşkil olunacaq. Beş gün ərzində keçiriləcək qiymətləndirmədə Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcəklər.

Kanal24.az  xəbər verir ki, bu fikirlər aprelin 7-də Təhsil Nazirliyində müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı keçirilən mətbuat konfransında səslənib.

Bildirilib ki, Ağstafa, Tovuz və Qazax rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aprelin 25-dən 27-dək Tovuz rayonunda keçiriləcək.

Mətbuat konfransında digər şəhər və rayonlarda da diaqnostik qiymətləndirmənin keçirilmə vaxtı və yeri, iştirak qaydaları barədə məlumat verilib.

Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək, onların dərs yükü norması və əməkhaqqı artırılmaqla maddi rifahı yaxşılaşdırılacaq. Həmçinin həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb ediləcəklər.


20:40 07.04.2017
Xəbər lenti
Bütün xəbərlər