KANAL24.AZ
Az Iw En Ru

Qran-Pridə ilk gün: 7 cüdoçumuz mübarizəyə başlayır

Bu gün cüdo üzrə Antalya Qran-Prisinə start veriləcək.

Yarışa 13 cüdoçu ilə qatılan komandamız ilk gündə 7 idmançı ilə mübarizə aparacaq.

Kişilərin yarışında bir çəki dərəcəsində 2, qadınlarda isə 3 çəki dərəcəsində 5 cüdoçu tatami üzərinə çıxacaq.
 
Kişilər
66 kq
 
Bu çəki dərəcəsində çıxış edən İlkin Babazadə mübarizəyə 1/16 final mərhələsindən start verəcək. Onun ilk rəqibi bosniyalı Petar Zadro olacaq. İdmançımız qalib gəlsə, 1/8 finalda moldovalı Denis Vieru ilə qarşılaşacaq.
 
Vüqar Şirinli də eyni çəkidə çıxış edir və turnirə eyni mərhələdən başlayacaq. Cüdoçumuz ilk olaraq özbəkistanlı Sərdor Nurillayevi sınağa çəkəcək. Mümkün qələbə Vüqara 1/8 finalda monqol Altansux Dovdonu rəqib edəcək.
 
Qadınlar
48 kq
Bu çəki dərəcəsində yarışacaq hər iki cüdoçumuz yarışa 1/8 finaldan başlayacaq.
 
Ayişə Qurbanlının ilk rəqibi çinli Çen Qyao olacaq. Mümkün qələbə sayəsində Ayişənin 1/4 finaldakı rəqibi Noa Minsker (İsrail)/Şahnaz Güz (Türkiyə) cütünün qalibi olacaq.
 
Gültac Məmmədəliyeva isə portuqaliyalı Maria Siderotla üz-üzə gələcək. Qalib gələcəyi təqdirdə isə Gültacın rəqibi Sabina Giliyazova (Rusiya)/Tuğba Yayla (Türkiyə) cütünün qalibi olacaq.
 
52 kq
Yeganə təmsilçimiz Nəzakət Əzizova meydan sahibi İrem Korkmazla qarşılaşacaq. Cütün qalibi israilli Gili Kohenlə üz-üzə gələcək.
 
57 kq
Bu çəkidə iki xanım idmançımız yarışacaq.
 
Leyla Şahin rus Aygül Kutsenko ilə qarşılaşacaq. Qalib gəlsə, Leylanın rəqibi Xulan Seregbaatar (Monqolustan)/Seyma Özərlər (Türkiyə) cütünün qalibi olacaq.
 
Nərgiz Hacıyeva isə özbək Sənubər Sultanova ilə rəqib olacaq. Sonrakı mümkün rəqib isə israilli Timna Nelson Levi olacaq.


16:41 07.04.2017
Xəbər lenti
Bütün xəbərlər