KANAL24.AZ
Az Iw En Ru

İslam Oyunlarında PÜŞKATMA: Azərbaycan Eto`Onun həmyerliləri ilə bir qrupa düşdü

Aprelin 6-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında beş idman növü üzrə püşkatma mərasimi keçirilir.

Püşklər beş komanda idman növü - futbol, voleybol, basketbol 3x3, həndbol və su polosu üzrə atılacaq.

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, 36 gündən sonra Azərbaycan dörd qitəni təmsil edən 50-dən çox ölkədən idmançıların mübarizə aparacağı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması Azərbaycanın ölkəmizdə əsrlərboyu mövcud olan mədəniyyətlər və dinlər arası dialoqun inkişafına diqqət və qayğısını nümayiş etdirir. Azərbaycan IV İslam Həmrəyliyi Oyunları vasitəsilə yüksək qonaqpərvərliyini, qədim ənənələrə sadiqliyini, zəngin mədəniyyətini dünyaya nümayiş etdirəcək. Bu Oyunlar idman vasitəsilə İslam ölkələri arasında qarşılıqlı əməkdaşlığın və həmrəyliyin inkişafına töhfə verəcək. Oyunların təşkilində könüllülərin rolunu xüsusi vurğulayan nazir onların bilik və bacarıqlarının, təcrübələrinin artırılması istiqamətində Əməliyyat Komitəsi tərəfindən bir sıra proqram və layihələrin həyata keçirildiyini bildirib.

***

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında həndbol yarışının püşkü atılıb.

Püşk Əlcəzair, Səudiyyə Ərəbistanı, Pakistan, Azərbaycan, Türkiyə, Mərakeş, İraq və Əfqanıstan milli komandaları arasında atılıb.

Püşkün nəticələrinə əsasən, Azərbaycan milli komandası “A” qrupunda Əlcəzair, Səudiyyə Ərəbistanı və Pakistan milliləri ilə mübarizə aparacaq.

Həndbol yarışlarının “B” qrupunda isə Türkiyə, Mərakeş, İraq və Əfqanıstan komandaları yarışacaqlar.

***

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışında qrupların tərkibi məlum olub.

Futbol yarışında səkkiz komanda mübarizə aparacaq. Ev sahibi Azərbaycan ilə yanaşı, Türkiyə, Səudiyyə Ərəbistanı, Kamerun, Mərakeş, Oman, Fələstin və Əlcəzair milliləri qələbə uğrunda yarışacaqlar.

Azərbaycan millisi ev sahibi olduğu üçün “A” qrupunda yer alıb. Bu qrupda milli komandamızın rəqibləri Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeş milliləri olub. “B” qrupunda isə Türkiyə, Əlcəzair, Oman və Fələstin yığma komandaları yarışacaqlar.

“Bakı-2017”nin futbol yarışında hər bir komandanın heyəti 23 yaşadək futbolçulardan ibarət formalaşdırılıb. Bununla yanaşı, yaşı 23-dən yuxarı olan üç futbolçu da heyətdə yer alacaq.

Futbol üzrə Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarında ilk dəfə çıxış edəcək.


03:09 07.04.2017
Xəbər lenti
Bütün xəbərlər