KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan boksçuları ABŞ-dan qələbə ilə döndülər (FOTO)

ABŞ-ın Orlando ştatında Azərbaycanı peşəkar boks üzrə iki idmançı təmsil edib.

Kanal24.az  məlumatına görə, ilk döyüşə dəfələrlə respublika və beynəlxalq yarışların çempionu, dünya və Avropanın gümüş mükafatçısı, peşəkar boksda öz sözünü demiş boksçumuz İsmət Eynullayev çıxıb.

O, əslən kubalı olan, ABŞ-da yaşayan peşəkar boksçu Samuel Fuqureao ilə döyüşüb. Rinqdə üstünlük əldə etdiyi üçün amerikalı azarkeşlər İsməti ayaqüstə alqışlayıblar. O bu qələbəni aprel şəhidlərinə həsr etdiyini deyib.

Bundan sonra gecənin əsas döyüşünə təmsilçimiz Əli Məmmədov çıxdı. O puerto-rikolu boksçu Mikel Kruzla üz-üzə gəlib. Rinqə çox arxayın daxil olan M.Kruz Ə.Məmmədovun ilk zərbəsindən nokdaun vəziyyətinə düşüb.

Daha sonra peşəkar boksçu Rauf Ağayev indiyə qədər məğlub olmayan amerikalı peşəkar boksçu Stepan Younqla 10 raundluq "WBF Intercontinental" kəməri üzrə döyüşə çıxmalı idi. Amma o, boksçularımızın şücaətli çıxışından sonra döyüşün zamanını uzatmağa nail olub və rinqə çıxmayıb. Növbəti mərhələdə isə əlinin əzildiyini bəhanə edib R.Ağayevlə rinqə çıxmaqdan imtina etdi.

R.Ağayev rəqibini belə məğlub etməyə heç də sevinmir, onun istəyi rinqdə həmin idmançı üzərində qələbə çalmaq idi.

Yarışın yekununda R.Ağayev və digər idmançılar ölkəmiz və onun işğal olunmuş əraziləri, şəhidlərimiz, qəhrəmanlarımız haqqında tamaşaçıları məlumatlandırıblar. Bu günlərdə idmançılarımız qələbə ilə Vətənə dönüblər.

 

19:54 06.04.2017
Xəbər lenti
Bütün xəbərlər