KANAL24.AZ
Az Iw En Ru

Tiflisdə son gün - Millimiz medal qazana biləcəkmi?

Bu gün cüdo üzrə Tiflis Qran-Prisi başa çatacaq.

Yarışın son günündə 5 azərbaycan idmançısı tatami üzərinə çıxacaq.

Kişilər

90 kq

Əbdülhəqq Rəsullu yarışa 1/16 final mərhələsindən start verəcək. Cüdoçumuzun ilk rəqibi Peter Jilka olacaq. Əbdülhəqq bu sınağı keçə bilsə, 1/8 finalda iranlı Hamed Rəşidi ilə mübarizə aparacaq.

Bu çəkidə yarışan digər təmsilçimiz Firudin Dadaşov isə turnirə 1/8 finaldan başlayacaq. O, ilk olaraq rusiyalı Mixail İqolnikovu yolundan kənarlaşdırmalıdır.

100 kq

 

Zəlim Kotsoyev Qran-Priyə 1/8 finaldan gürcü idmançı Laşa Taveluri ilə başlayacaq.

Cəlil Şükürov isə ilk görüşünü 1/16 finalda keçirəcək. Onun rəqibi slovakiyalı Mety Hajas olacaq.

Qadınlar

78 kq

Qadınların yarışındakı son təmsilçimiz Günel Həsənli tunirə 1/16 finaldan start verəcək. Onun ilk rəqibi rusiyalı Aleksandra Babinçeva olacaq. Mərhələnin keçilməsi halında Günel 1/8 finalda fransız Madelin Malonyanı sınağa çəkəcək.


20:17 02.04.2017
Xəbər lenti
Bütün xəbərlər