"Mançester Yunayted"in yarımmüdafiəçisi Xuan Mata qasıq nahiyəsindən aldığı zədəyə görə sıradan çıxıb.
Kanal24.az goal.az-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bu səbəbdən əməliyyat edilib. İngiltərə mətbuatı Mata üçün mövsümün başa çatdığını yazıb.
Qeyd edək ki, 28 yaşlı futbolçu bu mösüm 22 oyuna 6 qol vurub və 3 məhsuldar ötürmə edib.