KANAL24.AZ
Az Iw En Ru

Klopp: “Braziliya "Liverpul" kimi oynamaq istəyir"

"Liverpul"un baş məşqçisi Yurgen Klopp hesab edir ki, komandasının oyun üslubunu Brazliya millisinin çalışdırıcısı Tite təkrarlamaq istəyir.

Kanal24.az  qol.az-a istinadən xəbər verir ki, "Braziliya "Liverpul" kimi oynamaq istəyir" alman məşqçi deyib:

"Tite bizim oyunumuzu bəyənir. Yüz faiz əmin deyiləm, amma məncə, Braziliya "Liverpul" kimi oynamaq istəyir. Bununla əlaqədar Tite ilə bir neçə dəfə söhbətimiz də olub. Dediklərimə misal olaraq, Firminonu göstərə bilərəm. O, bizdə də, Braziliyada da "doqquz nömrəli mövqe"də oynayır. Bəlkə də bu, heç pis ideya deyil".


01:04 02.04.2017
Xəbər lenti
Bütün xəbərlər