KANAL24.AZ
Az Iw En Ru

"Blatter tanıdığım ən eqoist insandır"

UEFA-nın sabiq prezidenti Mişel Platini eks FİFA rəhbəri Sepp Blatter haqqında danışıb.Fransız futbol adamı Blatter haqqında çox sərt ifadələr səsləndirib.

Kanal24.az  goal.az-a istinadən xəbər verir ki, "La Monde"yə açıqlama verən Platini keçmiş FİFA prezidentinin çox eqoist insan olduğunu deyib:

"Blatter tanıdığım ən eqoistl insandır. O, heç vaxt başqalarını müdafiə etməzdi, hər zaman özünü düşünürdü. Məni də müdafiə etmədi. Yeganə məqsədi FİFA-nın baxçasında dəfn olunmaq idi. Həmişə mənə söz atırdı və məni görməzdən gəlirdi. Mənimlə prinsip apardığını anlamışdım".

 

Qeyd edək ki, FİFA-dan 2 milyon İsveçrə fankı alan və bu pulu nə üçün aldığını sübut edə bilməyən Platini 8 il müddətinə futboldan uzaqlaşdırılmışdı. Sonradan onun cəzası 4 ilə endirilib.


23:30 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər