KANAL24.AZ
Az Iw En Ru

Tələbələr “Bakı Marafonu 2017” barədə məlumatlandırılıblar

“Bakı Marafonu 2017”nin icraçıları və tərəfdaşları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə görüşüblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak qaydaları, qeydiyyat prosesi, yol xətti və mükafatlar barədə iştirakçılara ətraflı məlumat verilib.

Marafon Heydər Əliyev Fondunun təşəbbüsü, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və Bakı Olimpiya Stadionunun dəstəyi ilə həyata keçiriləcək. Əsas məqsəd idmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etməkdir.

“Bakı Marafonu 2017”də qaçış zamanı idman geyimlərinin seçilməsi qaydaları, hazırlıq mərhələsi və keçiriləcək təlimlər barəsində də məsləhətlərini verən təşkilatçılar tələbələrin suallarını cavablandırıblar.

“Bakı Marafonu 2017” aprelin 30-da saat 10.00-da başlanacaq.


19:02 01.04.2017
Xəbər lenti
Bütün xəbərlər